Xidmətlərimiz
Elektrik Şəbəkə Sistemləri
Elektrik şəbəkə sistemlərinin quraşdırılmasına kiçik və orta gərginlik şəbəkələrinin transformatorları, generatorları həmçinin idarəetmə və paylayıcı panellərin layihələndirilməsi, quraşdırılması kimi xidmətlər daxildir.
«Ağıllı ev» sistemi
«Ağıllı ev» texnologiyası daxili məkanlardakı avadanlığın avtomatlaşdırma və intellektual idarəetmə sistemlərini özündə birləşdirir. İstifadədə və montajda son dərəcə rahat, funksional qurğular dəsti evinizin maksimal təhlükəsizliyini, rahatlığını və estetikliyini, enerji resurslarına qənaət edilməsini, nəticə olaraq aşağı istehlak xərclərini təmin edir.
Təhlükəsizlik sistemləri
EATQ təhlükəsizlik, mühafizə, qoruma, siqnalizasiya, habelə videonəzarət və perimetr mühafizə sistemlərinin layihələndirməsi və quraşdırılması üzrə ixtisaslaşır. İndiyədək müxtəlif sahələrə aid olan obyektlərdə hazırlayıb quraşdırdığımız təhlükəsizlik sistemləri uğurla istifadə edilməkdədir.
Proqram təminatının hazırlanması
EATQ mütəxəssisləri proqram platformaları və proqram hazırlama vasitələri sahəsində geniş təcrübəyə malikdirlər. Bu təcrübə sayəsində biz müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərimizə xidmət göstərə bilirik.
Video wall
Bugün videodivarlar məlumatların tez və gözü oxşayan qaydada çatdırılmasını tələb edən hallarda, ümumiyyətlə, biznesin müxtəlif sahələrində getdikçə daha çox istifadə olunur.
Server sistemləri
İstənilən server avadanlığı hər müəssisənin konkret tələblərinə dəqiq cavab verməlidir. Biz hər zaman sizi hərtərəfli qane edəcək rasional həlli tapıb təklif etməyə hazırıq. Təkçə dünya miqyaslı şirkətlər deyil, eləcə də orta və kiçik biznes nümayəndələrinin də müasir, inkişaf etmiş informasiya texnologiyaları infrastrukturasına ehtiyacı var.
Şəbəkə xidmətləri
Şirkətimiz lokal və ya geniş əraziyə yayılmış məlumatötürmə şəbəkələrin qurulması üzrə təhlükəsiz, etibarlı həllərin yaradılması və dəstəklənməsi, telefoniya həllərinin tətbiq olunması, müxtəlif şəbəkə servislərinin, o cümlədən, səsli, videoötürmə və s. servislər üzrə keyfiyyətli xidmət təqdim edir.
Public Announce
Bugün hava limanlarını, dəmiryolu və avtobus vağzallarını, avtomobil stansiyalarını, idman komplekslərini, zavod və fabrikaları, supermarketləri kütləvi elan sistemi olmadan təsəvvür etmək mümkün deyil.






















