Haqqımızda

“EATQ MMC”  10 noyabr 2018-ci ildə təsis olunmuşdur. Xidmətlərimiz  banklar, xəstəxanalar, biznes mərkəzləri üçün elektrik təhcizatı və paylanması üzrə bina avtomatlaşdırılması, elektrik stansiyalarında və sənaye zavodlarında elektrik və avtomatika işləri,avtomatik idarəetmə və HVAC sistemləri üçün MCC panelləri və s. kimi sahələrdə işlər görməklə yanaşı, EATQ MMC təhlükəsizlik sistemləri, ağıllı ev sistemlərinin layihələndirilməsi və quraşdırılması ile məşğul olur, eləcədə quraşdırılmış elektrik avadanlıqların il boyu texniki nəzarət xidmətini həyata keçirir.

EATQ MMC şirkətinin mütəxəssisləri Baku 2015 Birinci Avropa Oyunlarinin İdman arenalarını  və Milli Gimnastika Arenasını,Bravo, Badam Emal zavodu , Bona Dea klinikasının habele bir sıra başqa irimiqyaslı layihələrin hazırlanması və həyata keçirilməsində iştirak etmiş və uğurla istismara vermişdir.

Fəaliyyət İstiqamətlərimiz

EATQ MMC-nin fəaliyyət istiqamətləri aşağıdakılardır:

Elektrik və avtomatlaşdırılmış  texnoloqiyaların quraşdırılması,

Zəif axın avadanlıqlarının quraşdırılması,

Elektrik xətlərinin kabel çəkilişi və testi.

Elektrik Sistemləri üzrə hesabat və layihələndirmə

Ağıllı ev sistemləri.

Elektrik ötürücü xətlərin quraşdırılması.

Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri.

Təhlükəsizlik ,mühafizə, səsləndirmə və yanğın sistemlərinin  quraşdırılması

işıqlandırma sistemləri və servisi kimi bir sira isler heyata kecirir.

Xüsusilə enerji təchizatı və avtomatlaşdırma sistemlərinin təhvil verilməsində on beş ildən artıq təcrübəsi olan  enerji həlləri, prosesə nəzarət və bina idarəetmə üzrə mütəxəssislərdən ibaret bir şirkət olaraq ABB firmasi tərəfindən istehsal olunan güc transformatorları, Schneider Elektrik,  ABB , Emerson firmalari tərəfindən istehsal olunan fasiləsiz enerji techizati UPS-lərinin MV və LV güc paylama sistemlərinin layihələndirilməsini yerinə yetirir.