“EATQ MMC” 10 noyabr 2018-ci ildə təsis olunmuşdur. Xidmətlərimiz banklar, xəstəxanalar, biznes mərkəzləri üçün elektrik təhcizatı və paylanması üzrə bina avtomatlaşdırılması, elektrik stansiyalarında və sənaye zavodlarında elektrik və avtomatika işləri,avtomatik idarəetmə və HVAC sistemləri üçün MCC panelləri və s. kimi sahələrdə işlər görməklə yanaşı, EATQ MMC təhlükəsizlik sistemləri, ağıllı ev sistemlərinin layihələndirilməsi və quraşdırılması ile məşğul olur, eləcədə quraşdırılmış elektrik avadanlıqların il boyu texniki nəzarət xidmətini həyata keçirir.
EATQ MMC şirkətinin mütəxəssisləri Baku 2015 Birinci Avropa Oyunlarinin İdman arenalarını və Milli Gimnastika Arenasını,Bravo, Badam Emal zavodu , Bona Dea klinikasının habele bir sıra başqa irimiqyaslı layihələrin hazırlanması və həyata keçirilməsində iştirak etmiş və uğurla istismara vermişdir.

